Zaxarova Moskva görüşünün keçiriləcəyini təsdiqlədi


Rusiyanın Xarici İşlər Nazirliyi sabah Moskvada “3+3” formatının ilk iclasının keçiriləcəyini təsdiq edib.


Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova bu gün keçirilən həftəlik brifinqdə deyib:

“Cənubi Qafqaz üzrə “3+3” formatının iclası dekabrın 10-u XİN rəhbərlərinin müavinləri səviyyəsində keçiriləcək”.

Qeyd edək ki, bu gün Türkiyə XİN “altılıq platforması”nın (“3+3” formatı) ilk iclasının sabah Moskva şəhərində baş tutacağı barədə məlumat yayıb.

Azərbaycan və Türkiyə Prezidentlərinin təşəbbüsü ilə yaradılan “3+3” formatı Azərbaycan, Gürcüstan, Ermənistan, Rusiya, İran və Türkiyənin iştirakını nəzərdə tutan əməkdaşlıq platformasıdır.(Qafqazinfo)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu