Fransa səfirindən Daşaltı hadisəsi ilə bağlı paylaşım


Fransanın Azərbaycandakı səfiri Zakari Qross dünən Şuşada mina partlayışı nəticəsində həlak olanların ailələrinə başsağlığı verib.


Fransalı səfir rəsmi tviter hesabındakı paylaşımında bildirib:

“Fikrim bu gün Daşaltıda mina partlaması nəticəsində həlak olan iki mülki şəxsin ailələrinin yanındadır”.

Qeyd edək ki, dekabrın 9-da səhər saat 9 radələrində Şuşa rayonunun Daşaltı kəndi ərazisində iki mülki şəxs minaya düşüblər. Bərpa və quruculuq işləri ilə məşğul olan şirkətlərin əməkdaşları - İsmayıllı rayon sakini Vüsal Qəndiyev və Qobustan rayon sakini Orxan Xanatov xidməti işlərini yerinə yetirərkən erməni hərbi birləşmələri tərəfindən basdırılmış mina partlaması nəticəsində həlak olublar.(Qafqazinfo)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu