Moskvada “3+3” formatında ilk görüş keçirildi


Bu gün Rusiyanın paytaxtı Moskvada Cənubi Qafqaz üzrə “3+3” regional məsləhət platformasının ilk iclası keçirilib.


“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, iclas Rusiya, Azərbaycan, Ermənistan, Türkiyə xarici işlər nazirlərinin müavinləri və İran Xarici İşlər Nazirliyinin baş direktorunun həmsədrliyi ilə baş tutub.

"Görüş zamanı çoxşaxəli regional əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib. Platformanın işini onun bütün iştirakçıları üçün maraqlı olan praktiki məsələlərə yönəltmək razılaşdırılıb”, - bəyanatında deyilir.

Beş ölkənin nümayəndələri Gürcüstanın platformanın işinə qoşulmasında maraqlı olduqlarını və onun üçün qapının açıq olduğunu bildiriblər.

İclas iştirakçıları aidiyyəti nazirlik və idarələrin mümkün cəlb olunması ilə gələcək üçün iş planlarını müzakirə ediblər.

Qeyd edək ki, Azərbaycanı görüşdə XİN başçısının müavini Xələf Xələfov və Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu təmsil edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu