Ukraynalı diplomatdan Tofiq Yaqubluya cavab - VİDEO


Xəbər verdiyimiz kimi, dünən Bakıda Ukrayna səfirliyinin qarşısında dəstək aksiyası keçirilib.


Aksiyada iştirak edən Milli Şuranın üzvü Tofiq Yaqublunun Azərbaycan hökuməti ilə bağlı dediyi sözlərə ukraynalı diplomat belə cavab verib:

“Biz bütün Azərbaycan xalqına, Azərbaycan Prezidenti İlham Əliyevə onun bu münasibətinə, dəstəyinə görə minnətdarıq. Bir daha demək istəyirəm ki, Prezident Zelenski birbaşa söylədi ki, Azərbaycan Respublikasının köməyi sözdə deyil, əməldədir. Biz Azərbaycan xalqının Prezident İlham Əliyevə dəstəkdə birliyini görürük.

Biz çox şadıq ki, işğal olunmuş torpaqların azad edilməsində Azərbaycanın yanında olmuşuq. Biz bütün Azərbaycana, hökumətə, Prezidentə - bütün azərbaycanlılara təşəkkür edirik. Biz bütün Azərbaycan xalqının öz Prezidentinə, hökuməti ətrafında birliyinin şahidi olmuşuq. Hazırda bu nümunəni biz Ukraynada görürük”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu