Prezidentin köməkçisi: “Beynəlxalq hüquq və prinsiplərə ciddi şəkildə riayət edilməlidir”


“BMT Təhlükəsizlik Şurasında veto hüququndan istifadə edən ölkələr Baş Assambleyada bu hüquqdan niyə istifadə etdiyini əsaslandırmalıdır”.


Bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev IX Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Qlobal təhükəsizlik strukturuna və sülh perspektivlərinə təkrar baxış” adlı paneldə deyib.

Qoşulmama Hərəkatının çox vacib bir platforma olduğunu vurğulayan Prezidentin köməkçisi qeyd edib ki, yenidən velosiped kəşf etməyə ehtiyac yoxdur: “Sadəcə beynəlxalq hüquq və prinsiplərə ciddi şəkildə riayət edilməlidir”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu