Əkrəm İmamoğlu ilə bağlı məhkəmə qərarının izahı belə verildi


İstanbul Anadolu 7-ci İnstansiya Cəza Məhkəməsi İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun Ali Seçki Qurumunun üzvlərini təhqir etdiyinə görə verdiyi 2 il 7 ay 15 gün həbs cəzası almasının səbəbini açıqlayıb.


AFN.az Türkiyə mediasına istinadən xəbər verir ki, əsasnamədə cəzanın azaldılmamasının səbəbi də yer alıb. İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu ASQ-nun üzvlərini təhqir etdiyi üçün 2 il 7 ay 15 gün həbs cəzası alıb. Məhkəmə, Türkiyə Cinayət Qanununun “müəyyən hüquqların həyata keçirilməsindən məhrum etmə” mövzusunu ehtiva edən 53-cü maddəsinin İmamoğluya tətbiq edilməsinə qərar verib. Bu qərarla siyasi qadağa gündəmə gəlib. Məhkəmə 17 səhifəlik əsaslandırılmış qərarında aşağı həddən uzaqlaşaraq cəza verməsinin səbəbini açıqlayıb. Əkrəm İmamoğlunun cinayəti mətbuat qarşısında törətdiyi, Ali Seçki Qurumu üzvlərinin şərəf, və ləyaqətini təhqir etdiyi bildirilir. Həmçinin açıqlamada qeyd edilir ki, Ə.İmamoğlu məhkəmə istintaqının gedişi zamanı istintaqa müdaxilə hesab edilən açıqlamalar verib, məhkəməyə qarşı sayğısızlıq göstərərək "Mən utanıram bu məhkəmədən, belə məhkəmə ola bilməz, zarafatdır, tragikomik vəziyyətdir, zərrə qədər də məni maraqlandırmır” kimi fikirlər səsləndirib. Bütün bunlar məhkəməyə hörmətsizlik kimi qəbul edilərək, işi ağırlaşdırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu