Ermənistan Azərbaycandan cavab gözləyir


"Azərbaycan hələ ki, Ermənistan tərəfinin Sülh Müqaviləsi ilə bağlı təkliflərinə cavab verməyib.


AFN.az-ın məlumatına görə, Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vahan Hunanyan "Pastinfo"ya açıqlamasında belə deyib.
“Əvvəllər xəbər verdiyimiz kimi, münasibətlərin nizamlanmasına dair sənıdlə bağlı Ermənistan tərəfinin təkliflərini Ermənistan dekabrda Azərbaycana göndərib. Hazırda bizə cavab yoxdur”, - deyə Hunanyan bildirib.
Xatırladaq ki, dekabrın 23-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla danışıqlardan sonra mətbuat konfransı zamanı bildirib ki, Bakı İrəvandan göndərilən sülh müqaviləsi təkliflərinə tam cavab verməyə hələ hazır deyil.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu