İrəvanda və Qarabağ separataçıları arasında Kremllə bağlı növbəti məyusluq yaranıb - ŞƏRH


Rusiya xarici İşlər nazirinin müavini Mixail Qaluzin Azərbaycan və Ermənistan səfirləri ilə ayrılıqda görüşü müəyyən müzakirələrə səbəb olub.


AFN.az xəbər verir ki, nazir müavininin səfirlərlə müzakirə etdiyi mövzular içərisində Laçın-Gorus yolundakı son proseslər də olub. Görüşlərin Rusiya xarici işlər naziri Sergey Lavrovun təlimatıyla reallaşması aydın məsələdir. Xatırladaq ki, Rusiya xarici işlər naziri Sergey Lavrov fevralın 23-də Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında jurnalistlərin suallarına cavab olaraq “Laçın dəhlizində nəzarət-keçid məntəqəsinin yaradılması nəzərdə tutulmur” cümləsini işlətmişdi. Bəs nəticə nə olacaq?

Politoloq Elxan Şahinoğluna görə, Ermənistanın hakimiyyət mənsubları Qarabağa aid bütün məsələlərə görə Rusiyanın məsuliyyət daşıdığını iddia edirlər: "Baş nazir Nikol Paşinyan və onun komandası Kremlin Azərbaycanın Laçın yolundakı sərhəd-keçid məntəqəsinin qarşısını alması gərəkliyini iddia edirlər. İrəvan bunu Rusiyanın hərbi kontingentinin Qarabağda yerləşməsi məntiqiylə əlaqələndirir. Kreml Azərbaycanla qarşıdurmada maraqlı deyil və sərhəd-keçid məntəqəsinin fəaliyyətinə mane olmaq istəmir. Bu, İrəvanda və Qarabağ separataçıları arasında Kremllə bağlı növbəti məyusluq yaradıb.
Buna baxmayaraq, Moskva fəallıq görüntüsü yaratmalıdır".
E.Şahinoğlunun sözlərinə görə, biz Lavrovun sözlərinin əksinə olaraq göstərdik ki, Laçın yolunun başlanğıcında sərhəd-keçid məntəqəsinin yaradılması Azərbaycanın suveren hüququdur və buna kimsə mane ola bilməz: "Lavrov məlum açıqlamasına görə ermənilər qarşısında pis vəziyyətdə qalmasın deyə müavininə səfirlərlə görüş keçirməyi tapşırıb. Diplomatlar fikir mübadiləsi aparıblar və dağılışıblar. Bundan başqa Lavrov Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskvada görüşünü təşkil etmək istəyir. Bu görüş mövcud durumu dəyişə bilməyəcək. Ermənilər və onların arxasındakı güclər sərhəd-keçid məntəqəsinə alışacaqlar".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu