Avropa İttifaqından BMT-yə islahat çağırışı


Avropa İttifaqı (Aİ) Şurasının sədri Çarlz Mişel təmsilçiliyin olmaması, xüsusilə veto hüququ və regional təşkilatların artan rolu ilə bağlı Birləşmiş Millətlər Təşkilatının (BMT) sistemində islahatlar aparılmalı olduğunu bildirib.


Mişel BMT Baş Assambleyasının 78-ci sessiyasındakı çıxışında bildirib ki, BMT sistemi dalana dirənib və düşmən qüvvələr tərəfindən bloklanıb.

BMT sistemini təmir etməyin zəruriliyini vurğulayan Mişel BMT Təhlükəsizlik Şurasında veto hüququ, BMT-də təmsilçilik və Aİ kimi regional təşkilatların cəlb edilməsi ilə bağlı üç məsələ üzrə BMT Nizamnaməsində islahatların aparılmasına çağırıb:

O, Veto hüququnun indiki formada sui-istifadəyə açıq olduğunu qeyd edib: "Bu, BMT Təhlükəsizlik Şurasını aciz edir. Şuranın daimi üzvü bizim Nizamnaməmizi və beynəlxalq hüququ açıq şəkildə poza bilər. Onun sanksiyalara veto hüququna malik olması daha şokedicidir".

BMT Nizamnaməsində Təhlükəsizlik Şurası üzvünün səsverməyə çıxarıldığı zaman səsvermədə bitərəf qalması lazım olduğuna diqqət çəkən Mişel, Təhlükəsizlik Şurasının digər üzvlərini Rusiyanı da əhatə edə biləcəyi halda bu maddəni tətbiq etməyə çağırıb.

Mişel vurğulayıb ki, Aİ "kütləvi vəhşilik" hallarında veto hüququnu məhdudlaşdırmaq məqsədi daşıyan Fransa və Meksikanın təşəbbüsünü dəstəkləyir.

Aİ Şurasının sədri, çoxluğun qərar verməsi ilə veto hüququndan mötədil və çevik istifadəni birləşdirən bir mexanizm yaradılmalı olduğuna inandığını bildirib.

BMT Təhlükəsizlik Şurasının mövcud dünya nizamını əks etdirmədiyini deyən Mişel, bir çox regionların ümumiyyətlə təmsil olunmadığına da diqqət çəkib. Mişel, Təhlükəsizlik Şurasının təmsilçiliyinin olmamasının onun legitimliyinə xələl gətirdiyini də vurğulayıb.

BMT-nin legitimliyini artıracaq amillərdən birinin də regional təşkilatların daxil olması olacağına diqqət çəkən Mişel, "Onların daxil olması məhsuldar bir dövr yaradacaq. Bu, regional təşkilatları daha çox əməkdaşlığa sövq edərək, sabitliyinə töhfə verəcək" ifadələrini işlədib.

Aİ Şurasının sədri Mişel qeyd edib ki, o, tezliklə Aİ, Afrika İttifaqı, Latın Amerikası və Karib Hövzəsi Dövlətləri Birliyi (CELAC) və Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) arasında BMT katibinin iştirakı ilə sammit təşkil etməyə çalışacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu