Finlandiya Rusiya ilə dörd sərhəd keçid məntəqəsini bağlayıb


Finlandiya sığınacaq axtaranların sayının kəskin artmasının qarşısını almaq üçün Rusiya ilə dörd sərhəd keçidini bağlayıb.



Bu barədə BBC xəbər verib.

Finlandiyanın baş naziri Petteri Orpo Rusiyanı müvafiq sənədləri olmayan insanların sərhədə keçməsinə qəsdən kömək etməkdə ittiham edib.

Dörd sərhəd keçidinin bağlandığını təsdiqləyən Orpo, Finlandiyanın uzaq şimalındakı Salla və Vartius sərhəd keçidlərinin sığınacaq müraciətlərini qəbul etmək üçün açıq qalacağını söyləyib.

Finlandiya Sərhəd Mühafizəsi bildirib ki, cümə günü gecə yarısından etibarən Finlandiyanın cənub-şərqindəki Vaalimaa, Nuijamaa, İmatra və Niirala sərhəd məntəqələrində maneələr quraşdırılacaq.

Qeyd edək ki, Helsinki qonşu ölkəni Finlandiyanın NATO-ya daxil olmasına cavab olaraq bu keçidlərə miqrant göndərməkdə ittiham edib. Sərhədçilərin məlumatına görə, bu həftə Finlandiyaya 300-ə yaxın sığınacaq axtaran şəxs gəlib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu