Finlandiya sərhəddəki vəziyyətlə bağlı Rusiya ilə danışıqlardan imtina edib


Helsinki Rusiya-Finlandiya sərhədindəki vəziyyətlə bağlı Moskva ilə danışıqlar aparmağa hazırlaşmır.


Bunu Finlandiyanın baş naziri Petteri Orpo deyib. O, Finlandiyanın danışıqlar yolu ilə irəliləyişə nail olmaq niyyətində olmadığını qeyd edərək, "Rusiya ilə heç bir siyasi müzakirə aparılmır" - deyə bildirib.

Finlandiya hakimiyyəti Rusiya ilə quru sərhədində ən şimal - Raya-Jooseppi (Rusiya tərəfində - Lotta, Murmansk vilayəti) istisna olmaqla, bütün keçid məntəqələrini bağlamaq qərarına gəlib.

Eyni zamanda Finlandiya Daxili İşlər Nazirliyinin rəhbəri Mari Rantanen qərarın səbəbini Somali, Yəmən və Suriya kimi ölkələrdən qaçqınların nəzarətsiz axını ilə izah edib. Onun sözlərinə görə, onların hamısı Finlandiyaya Rusiyadan daxil olurlar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu