İsveç terror təşkilatı PKK ilə mübarizəni davam etdirəcək


İsveç Kəşfiyyat İdarəsinin rəhbəri Şarlotta fon Essen İsveçdən baza kimi istifadə edən terror təşkilatı PKK-nın fəaliyyətinin qarşısını almaq istədiklərini və bu istiqamətdə tədbirlər gördüklərini bildirib.



Von Essen açıqlamasında terrorla bağlı müxtəlif ölkələrlə əməkdaşlığın vacib olduğunu açıqlayıb.

Son günlər terrorla mübarizə çərçivəsində sərt tədbirlər gördüklərini və bu kontekstdə Türkiyə ilə sıx əməkdaşlıq etdiklərini ifadə edən Von Essen, “Bu il üçün qiymətləndirməmizdə PKK-nın terror təşkilatı olaraq təsnifatı davam edəcək. Terror təşkilatının əhatə dairəsini daraltmaq üçün bir sıra müxtəlif tədbirlər görürük. İsveçdən baza kimi istifadə edən PKK-nın müxtəlif aktorlarını və fəaliyyətlərini azaltmaq və qarşısını almaq istəyimiz var” qiymətləndirməsini edib.

Rusiya, Çin və İranın İsveçin təhlükəsizliyini təhdid edən ölkələr olduğunu ifadə edən Essen, "Bu ölkələrdən gələn kəşfiyyat fəaliyyətləri İsveçin təhlükəsizliyinə böyük təhdid yaradır" ifadələrini işlədib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu