Yaponiya Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib


Yaponiya hökuməti sanksiya siyahılarını 12 fiziki şəxs və 36 Rusiya təşkilatını əhatə edəcək şəkildə genişləndirib.



Bu barədə Yaponiya Nazirlər Kabinetinin rəsmi qəzetində yazılıb.

Siyahıya Kaluqa vilayətinin uşaq hüquqları üzrə müvəkkili İrina Ageyeva, onun Rostov vilayətindən olan həmkarları İrina Çerkasovaya və Çeçenistan Respublikasından Mənsurə Soltayeva da daxil edilib. Həmçinin Çeçenistan hökumətinin sədri Müslüm Xuçiyev və Daxili İşlər Nazirliyinin Çeçenistan üzrə Rusiya Qəhrəmanı Axmat-Haji Kadırov adına xüsusi təyinatlı polis alayının komandiri Zamid Çalayevə də məhdudiyyətlər qoyulub.

Yaponiya sanksiya siyahısına rusiyalı iş adamı Artem Uss və Dövlət Nəqliyyat Lizinq Şirkətinin (GTLK) baş direktoru Yevgeni Ditrişi də daxil edib.

Sanksiya siyahısında olan təşkilatlar arasında Tinkoff Bank da yer alıb.

Sanksiyalar aktivlərin aşkar ediləcəyi təqdirdə dondurulmasını nəzərdə tutur və martın 31-dən qüvvəyə minəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu