Polşanın baş naziri: Dünya yeni müharibə dövrünə qədəm qoyduğunu qəbul etməlidir


Polşanın Baş naziri Donald Tusk İkinci Dünya Müharibəsindən sonra ən kritik dövrlərin yaşandığına diqqət çəkərək dünyanın yeni bir müharibə dövrünə girdiyini qəbul etməsi lazım olduğunu söyləyib.



Mətbuata açıqlama verən Tusk, önümüzdəki iki ilin hər şeyi müəyyən edəcəyini vurğulayaraq, "Heç kəsi qorxutmaq istəmirəm, amma müharibə artıq keçmişdə deyil. Bu realdır və əslində iki il əvvəl başlamışdır. Hazırda ən narahatedici şey sözün əsl mənasında hər hansı bir ssenarinin mümkün olmasıdır” deyib.

Tusk müharibə dövrünə qədəm qoyduğumuzu və bunun xüsusilə gənc nəsil üçün dağıdıcı səsləndiyini, lakin yeni dövrün gəlişinə zehni olaraq hazırlaşmaq gərəkdiyini bildirib.

Ukraynadakı vəziyyətin bir il əvvələ nisbətən çox çətin, eyni zamanda müharibənin əvvəlindən qat-qat yaxşı olduğunu ifadə edən Tusk, “Bizim əsas vəzifəmiz Ukraynanı Rusiya işğalından qorumaq və Ukraynanı bir il əvvəl olduğu kimi müstəqil və bütöv bir dövlət kimi saxlamaq olmalıdır" deyə vurğulayıb.

Tusk Polşanın Ukrayna ilə kənd təsərrüfatı və ticarət siyasəti ilə bağlı mübahisələri ilə bağlı bunları deyib:

"Mən yəqin ki, Avropada ən çox ukraynayönlü siyasətçiyəm, lakin öz vətəndaşlarıma cavabdehəm. Polşanın baş naziri kimi ölkənin fundamental maraqlarının qorunmasına cavabdehəm. Polşalılar yüksək qiymət ödəyir. Heç kim onlarla rəqabət apara bilməz. Polşa Ukraynanı dəstəkləyir. Ukraynaya bacardığımız qədər kömək edirik. Amma Avropa Şurasının sonuncu sammitində mən Ukrayna ilə azad ticarət ideyasının yenidən formalaşdırılmasını müdafiə etdim. Mən Ukraynayla bu məsələ ilə bağlı ədalətli razılaşma istəyirəm”.

Tusk həmçinin ABŞ ilə güclü ittifaqa ehtiyac duyduqlarını və müdafiə baxımından da müstəqil və özlərinə kifayət etmələri lazım olduğunu qeyd edərək, "Bizim vəzifəmiz ABŞ prezidentinin kim olacağından asılı olmayaraq transatlantik əlaqələri inkişaf etdirməkdir" qiymətləndirməsini edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu