İspaniyalı nazirin kobud səhvi Argentina ilə diplomatik böhrana səbəb oldu


İspaniyanın nəqliyyat naziri Oskar Puentenin Argentina prezidenti Xavyer Mileyi hədəf alan kobud səhvi iki ölkə arasında son illərin ən böyük diplomatik böhranına səbəb olub.



Nazir Oscar Puente mayın 3-də Salamanka şəhərində bir tədbirdə çıxışı zamanı, "Mileyi televiziyada gördüm və eşitdiklərimdən sonra öz-özümə dedim, onun hansı maddələrdən istifadə etdiyini bilmirəm, amma narkotikdən istifadə edir. Dedim ki, onun seçkilərdə qalib gəlməsi mümkün deyil, amma qalib oldu” ifadələrini işlədib.

Bu açıqlamalara cavab olaraq Argentina Prezident Aparatı həyat yoldaşı ilə bağlı korrupsiya iddialarını əsas gətirərək İspaniyanın baş naziri Pedro Sançesi sərt şəkildə tənqid edib.

Bunun ardınca İspaniya hökuməti Xarici İşlər Nazirliyi vasitəsilə verdiyi açıqlamada “Argentina Prezident Aparatının istifadə etdiyi, iki ölkə və iki dost xalq arasındakı münasibətlərə uyğun gəlməyən bəyanatları tamamilə rədd edir" bəyanatını verib.

Böhranı yumşaltmağa çalışdığı müşahidə edilən İspaniya hökuməti, "Argentina xalqı ilə qardaşlıq bağlarını gücləndirmək və qorumaq üçün işlərini davam etdirəcəyini" açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu