Argentina prezidenti işinə görə sevgilisindən ayrıldığını açıqlayıb


Argentina prezidenti Xavyer Miley 2023-cü il seçki prosesi zamanı münasibətə başladığı sevgilisi, aktrisa Fatimə Floresdən ayrıldığını açıqlayıb.


“Bir-birimizə necə hiss etdiyimizi və bir-birimizi nə qədər sevdiyimizi, hörmət etdiyimizi və heyran olduğumuzu nəzərə alaraq, münasibətimizi bitirmək və dost olaraq qalmaq qərarına gəldik” - deyə prezident bildirib.

Ayrılma səbəbləri arasında Miley Floresin ABŞ və Avropada çoxsaylı iş təklifləri aldığını və bunun prezidentlik işi ilə birləşərək onların ayrı yaşamasına səbəb olduğunu, istədikləri münasibəti mümkünsüz etdiyini söyləyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu