Meral Akşeneri sosial şəbəkədə təhqir edən suriyalı saxlanıb


Türkiyənin İYİ Partiya sədri Meral Akşeneri sosial şəbəkədə təhqir etdiyi aşkarlanan suriyalı M.E. saxlanılıb.


AFN.az yerli mediaya istinadən xəbər verir ki, Meral Akşener mitinqdə suriyalıları vətənlərinə göndərəcəkləri ilə bağlı açıqlama verib. Açıqlamadan sonra əcnəbi vətəndaş sosial media hesabından çamadanını yığarkən Meral Akşeneri hədəfə aldığı anların videosunu paylaşıb.

Həmin yazıdan sonra İstanbul təhlükəsizlik qurumları mövzu ilə bağlı araşdırma başladıb. İstanbul Təhlükəsizlik Müdirliyi İmmiqrant Qaçaqçılığı ilə Mübarizə və Sərhəd Qapıları Şöbə Müdirliyi qrupları, şübhəlinin Esenyurtda qaldığını təyin etdi. Onun yaşadığı ünvanda əməliyyat keçirilib. Əməliyyat zamanı nəzarətə alınan şübhəli polisin keçirdiyi əməliyyatlardan sonra ədliyyəyə aparılıb. Şübhəli şəxs məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu