Meral Akşener: Mənsur Yavaşı və Əkrəm İmamoğlunu tövsiyə etdik


Türkiyədə prezident seçkiləri yaxınlaşdıqca siyasi partiyalar arasında mübarizə də qızışır. Müxalifət partiyalarından təşkil edilən "Altılı masa" adlanan birlik vahid namizəd məsələsində dalana dirənib.


AFN.az xəbər verir ki, CJP lideri Kamal Kılıçdaroğlu vahid namizəd olmaq istəsə də, İYİ Partiya bununla razılaşmır. Bir neçə gündür birlik daxilində namizədin müəyyənləşdirilməsi istiqamətində proseslər getsə də, hələlik konkret qərar yoxdur. İYİ partiyanın sədri Meral Akşener partiyanın ümumi idarə heyəti toplantısından sonra açıqlama verib. Bildirib ki, İYİ Partiya prezidentliyə namizədlərin müəyyən edilməsi üçün yığıncaq keçirib. "Bu məqamda İYİ Partiya sıxışdırılıb, məcburiyyət qarşısında qalıb, ölümlə malyariya arasında seçim etmək məcburiyyətində qalıb. O, buna boyun əyməyəcək. Biz bu siyasətin sözçüsü ola bilməyəcəyik" - deyə partiya sədri bəyan edib.

Xanım sədr bildirib ki, birlikdə təmsil olunan 5 siyasi partiya Kılıçdaroğlunun namizədliyi ilə bağlı fikirlərini bildirib. "Biz isə 3 ildən artıqdır tez-tez eşitdiyimiz və uzun müddətdir bütün sorğularda cənab Ərdoğana qalib gələn iki adın üzərində dayandıq: Mənsur Yavaş və Əkrəm İmamoğlu" - deyə Akşener son qərarı elan edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu