Meral Akşenərdən namizəd mesajı: "Qalib gəlməliyik"


Türkiyə siyasətçisi, İYİ Partiyanın sədri Meral Akşenər Altılı masada prezidentliyə namizəd müzakirələri ilə əlaqədar əhəmiyyətli mesajlar verib.


AFN.az xəbər verir ki, Akşenər,"Hər kəs namizədlik baxımından azad və müstəqildir" - deyə bildirib. Sözlərinə davam edən İYİ Partiya lideri "Masa qalib gələcək. 13-cü prezident bu masadan gedəcək" - deyə qeyd edib. FOX TV-də qatıldığı proqramda Əkrəm İmamoğlunun qərarından sonra gedən müzakirələr və namizəd gündəmi ilə bağlı danışan siyasətçi bildirib ki, 6 şanslı şəxs masa ətrafına toplaşıb və qərar liderlərin ixtiyarına verilib: "Hər bir qərarı birgə qəbul edirik. Hörmətli Kılıçdaroğlunun CHP sədri olaraq nə qərar verəcəyini bilmirəm. Nümayəndələrimizlə danışacağıq, qərar veriləcək.
Hər görüşdə namizədlə bağlı məsələ gündəmdədir, amma biz partiyamızda bu barədə rəsmi danışmamışıq".
Meral Akşenər Kemal Kılıçdaroğlu ilə sonuncu dəfə günlər öncə telefonla siyasətdən kənar bir mövzuda danışdıqlarını deyib: "Bundan başqa heç bir əlaqəmiz olmayıb. Kılıçdaroğlu ilə İmamoğlu arasındakı münasibətə hörmətlə yanaşıram. Biz bir namizədlə getməliyik. Biz qaliblə getməliyik və qalib gəlməliyik. Seçdiyimiz şəxsin birinci vitse-prezidenti olmaq üçün nə cənab Kılıçdaroğlu ilə, nə də başqası ilə danışıqlar aparmamışam".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu