Belarus ölkəyə qanunsuz silah idxalı hallarının artdığını bildirib


Belarus Dövlət Sərhəd Komitəsindən son vaxtlar ölkəyə qeyri-qanuni mülki silahların gətirilməsi halları daha tez-tez baş verdiyi bildirilib.


AFN.az yerli mediaya istinadən xəbər verir ki, komitədən verilən məlumatda son iki ayda vətəndaşlar tərəfindən müxtəlif növ silahların (qaz, travmatik, pnevmatik, soyuq silahlar) və onlar üçün döyüş sursatlarının, habelə xüsusi texnikanın ölkəyə gətirilməsi ilə bağlı 130-dan artıq fakt müəyyən edildiyi aşkarlanıb.

Bu pozuntuların səbəblərindən biri kimi Sərhəd Komitəsi əcnəbi vətəndaşların Belarus Respublikasında müxtəlif silahların dövriyyəsi ilə bağlı qüvvədə olan məhdudiyyətləri bilməməsini qeyd edib. Bu məhdudiyyətlər Belarus Respublikasının “Silah haqqında” Qanununun 8-ci maddəsində təsbit olunub.

Komitə Belarusa travmatik odlu silah və döyüş sursatı idxalının qəbuledilməz olduğunu vurğulayıb və əlavə edib ki, silahların idxalına məhdudiyyətlər Rusiya Federasiyasına da şamil edilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu