Avstraliyada köpək balıqlarının hücumuna məruz qalan qayıqdan 3 nəfər xilas edilib


Avstraliyada dəfələrlə köpək balıqlarının hücumuna məruz qaldığı bildirilən qayıqda olan 3 nəfər sahil təhlükəsizlik qrupları tərəfindən xilas edilib.

Avstraliya Sahil Mühafizəsi qrupları gecə saatlarında aldıqları təcili yardım siqnalı ilə köpək balığının hücumuna məruz qaldığı bildirilən qayığın yerini təyin edərək hərəkətə keçib.

Siqnalın gəldiyi bölgəyə hava və quru yardım qrupları göndərən sahil mühafizəsi, Sakit Okeandakı kiçik ada ölkəsi Vanuatudan yola düşən ikisi Rusiya və biri Fransa vətəndaşı olan 3 nəfəri xilas edib.

Dəfələrlə köpək balıqlarının hücumuna məruz qalan qayığa ciddi ziyan dəydiyini qeyd edən səlahiyyətlilər, xilas edilən insanların vəziyyəti barədə məlumat verməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu