Köpək balığı turistin ayağını dişlədi


Turks və Kaykos arxipelaqındakı Providensiales adasına dincəlməyə gələn ABŞ-ın Konnektikut ştatından olan 22 yaşlı turist köpək balığının hücumundan sağ çıxıb və ayağını itirib.


AFN.az xəbər verir ki, bu barədə Fox News məluamt yayıb.

Məlumatda bildirilib ki, mayın 24-də bir qız rəfiqəsi ilə maska ​​və şnorkellə suyun altında çimərkən köpək balığının hücumuna məruz qalıb. Polisin verdiyi məlumata görə, turistin istirahət etdiyi kurortun əməkdaşlarından biri xilasetmə xidmətinə zəng edərək hadisə barədə məlumat verib.

Tezliklə hadisə yerinə polis və təcili yardım gəlib. Qız ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Onun həyatını xilas etmək mümkün olub.

Bundan əvvəl də ABŞ-da yarım metrlik köpəkbalığı 13 yaşlı qıza iki dəfə hücum edib və onu ağır yaralayıb. Zərərçəkmişə mədə, qol, barmaq və dizindən 19 tikiş qoyulub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu