Meksikada qadın köpək balığının hücumu nəticəsində ölüb


Meksikada qadın köpək balığının hücumu nəticəsində ölüb.



Meksikanın Xalisko əyalətinin Melaque qəsəbəsində 5 yaşlı qızı ilə çimərkən qadın köpək balığının hücumuna məruz qalıb.

Şənbə günü baş verən hadisədə qızı ilə sahildən təxminən 25 metr aralıda olan şişmə su parkına tərəf üzərkən köpək balığı 26 yaşlı qadının ayağını dişləyib.

Kiçik oğlanın hadisədən yara almadan xilas olduğu, anası isə sürətli müdaxiləyə baxmayaraq qan itkisindən dünyasını dəyişdiyi bildirilib.

Hadisədən sonra səlahiyyətlilər ehtiyat tədbiri olaraq şəhərdə və ətraf çimərliklərə girişi qadağan edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu