Haitidə mikroavtobusa silahlı hücum nəticəsində 10 nəfər ölüb


Haitidə mikroavtobusa silahlı hücum nəticəsində 10 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.


Yerli mətbuatda yer alan xəbərə görə, paytaxt Port-au-Prinsdə polis idarəsi yaxınlığında bir qrup şəxs mikroavtobusa silahlı hücum edib.

Hücumda mikroavtobusda olan 10 nəfər ölüb, bəziləri ağır olmaqla çox sayda insan yaralanıb.

Hadisə şahidlərinin sözlərinə görə, dəstənin "dur" xəbərdarlığına tabe olmayan mikroavtobus avtomak silahla atəşə tutulub.

Hadisəyə görə "400 Mwozo" dəstəsi məsuliyyət daşıyır, polis genişmiqyaslı əməliyyata başlayıb.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Haiti İnteqrasiya Ofisinin 2 fevralda hazırladığı hesabatda 2023-cü ilin son 3 ayında Haitidə 2300-dən çox adamın öldürüldüyü, yaralandığı və ya qaçırıldığı və bu sayın əvvəlki rüblə müqayisədə artdığı bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu