Haitidə hökumət əleyhinə etirazlarda 6 nəfər ölüb


Haitidə baş nazir Ariel Henrinin istefası tələbi ilə keçirilən aksiyalarda 6 nəfər ölüb, onlarla insan yaralanıb.



Bölgə mətbuatında yer alan xəbərə görə, bir çox şəhərdə baş nazir Henrinin istefasını tələb edən minlərlə insan polislə toqquşub.

Çox sayda adamın saxlanıldığı hadisələrdə təhlükəsizlik qüvvələrinin nəzarəti itirdiyi və dəstələrin içəri girdiyi iddia edilir.

Mağazalar, evlər və nəqliyyat vasitələri yandırıldığı üçün insanların evlərinə qapandığı bildirilir.

Ölkə daxilində meydanlara çıxan minlərlə insan baş nazir Henrinin təhlükəsizliyi təmin edə bilmədiyi və iqtisadi böhrana çarə tapa bilmədiyi səbəbiylə istefasını tələb etdi.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Haiti İnteqrasiya Ofisinin 2 Fevralda hazırladığı hesabatda 2023-cü ilin son 3 ayında Haitidə 2300-dən çox adamın öldürüldüyü, yaralandığı və ya qaçırıldığı və sayının yüzdə 10 artdığı ifadə edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu