Haitidə cinayətkar dəstə başçısından "soyqırım" hədəsi


Haitidə təxminən 4 min məhbusun qaçdığı, 12 məhbusun həyatını itirdiyi həbsxana basqınlarını təşkil edən dəstələrdən birinin rəhbəri Baş nazir Ariel Henrinin istefa vermədiyi təqdirdə soyqırıma səbəb olacaq vətəndaş müharibəsi ilə hədələyib.



Martın 2-3-də Haitinin paytaxtı Port-au-Prins və Croix des Bouquets bölgəsindəki həbsxanalara basqın edən və təxminən 4 min nəfərin qaçmasına səbəb olan dəstələrdən birinin rəhbəri, "Barbekü" ləqəbli Jimmy Çerizier Baş nazir Henrinin istefasını tələb edib.

Keçmiş polis məmuru Çerizier videomüraciətində deyib: “Əgər Baş nazir Ariel Henri istefa verməsə və beynəlxalq ictimaiyyət onu dəstəkləməyə davam etsə, biz birbaşa soyqırıma aparacaq vətəndaş müharibəsinə gedəcəyik”.

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları üzrə Ali Komissarı Volker Türk Haiti ilə bağlı açıqlamasında 2024-cü ilin əvvəlindən bu yana ölkədə qruplaşmalar arasında baş verən zorakılıqlar nəticəsində 1193 nəfərin öldüyünü, 692 nəfərin isə yaralandığını bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu