Azərbaycana gələn ərəblərin sayı yenidən artıb


Ərəb ölkələrindən Azərbaycana gələn turistlərin sayı yenidən artmağa başlayıb.


Bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, turistlərin mənşə coğrafiyasında dəyişiklik davam edib:

"Bu ilin ilk ayında ölkəmizə 165,8 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 39,3% çox tursit gəlib. Gələnlərin 27,5%-i Rusiya, 19,8%-i Türkiyə, 9,7%-i İran, 6,1%-i Hindistan, 4,9%-i Gürcüstan, 3,5%-i Səudiyyə Ərəbistanı, 2,9%-i Qazaxıstan, 2,7%-i Birləşmiş Ərəb Əmirlikləri vətəndaşları olublar.

Ötən ilin eyni dövrü ilə müqayisədə Çindən gələnlərin sayı 3,9 dəfə, Qırğızıstandan - 3,4 dəfə, Bəhreyndən - 2,7 dəfə, Səudiyyə Ərəbistanından - 2,7 dəfə, Hindistandan - 2,5 dəfə, Omandan - 2,4 dəfə, Özbəkistandan - 2,4 dəfə, Tacikistandan - 2,3 dəfə, Qazaxıstandan - 2,3 dəfə, Filippindən - 1,8 dəfə, İtaliyadan - 1,7 dəfə, İspaniyadan - 1,7 dəfə, Türkmənistandan - 1,7 dəfə, Küveytdən - 1,6 dəfə, Cənubi Koreyadan - 1,6 dəfə, İordaniyadan - 1,6 dəfə artıb".

Millət vəkilinin sözlərinə görə, digər diqqəti çəkən məqam 2 illik azalmadan sonra yenidən körfəz ölkələrindən gələnlərin sayının artmasıdır: "2023-cü ilin yanvar ayı ilə müqayisədə MDB ölkələrindən gələnlərin sayı 25,1% artaraq 61,3 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 1,5 dəfə artaraq 4,7 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 1,6 dəfə artaraq 35,1 min nəfər olub. Ərəb ölkələrdən gələnlərin sayının artması mövsümi faktorlar ilə bağlı olsa da, o regiondan ölkəmizin turizm imkanlarına yenidən marağın artması müşahidə edilməkdədir".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu