Azərbaycanın sürücülük vəsiqələri xaricdə tanınacaq




Azərbaycanın sürücülük vəsiqələrinin xaricdə tanınmasına mane olan amil aradan qaldırılıb.

Virtualaz.org-un məlumatına görə, bununla bağlı qanunvericiliyə dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunub.

Bildirilib ki, sürücülük vəsiqəsindəki məlumatlar ingilis dilində təkrarlanacaq. Hazırda qüvvədə olan sürücülük vəsiqələrində latın əlifbasında olmayan hərflərin - “ə”, “ğ”, “ö”, “ü” işlənməsi vəsiqələrin xaricdə tanınmasına mane olur.

Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu