Dünya Enerji Şurası ilə əməkdaşlıq əlaqələrinin inkişafı müzakirə edilib




Energetika naziri Pərviz Şahbazov Dünya Enerji Şurasının regional inkişaf üzrə sədr müavini Oleq Budarqin ilə görüşüb.

Energetika Nazirliyindən AFN-ə verilən məlumata görə, görüşdə Dünya Enerji Şurası ilə əməkdaşlıq əlaqələrinin inkişafı, texnologiyaların tətbiqi ilə enerji sektorunda qlobal miqyasda baş verən dəyişikliklər və yeni çağırışların müzakirəsi üçün 3 ildən bir keçirilən Dünya Enerji Konqresi ilə bağlı fikir mübadiləsi aparılıb. 1923-cü ildən fəaliyyət göstərən, 100-ə yaxın ölkəni və 3 mindən çox təşkilatı əhatə edən Dünya Enerji Şurasının enerji təhlükəsizliyi, enerji bərabərliyi və ekoloji təhlükəsizlik arasında balansın yaradılmasındakı rolundan bəhs edilib. Bildirilib ki, yanacaq-energetika sekorunun bütün istiqamətlərini özündə birləşdirən qlobal təşkilat kimi Dünya Enerji Şurası enerji ölkəsi kimi Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlıdır.

Söhbət zamanı energetika naziri Pərviz Şahbazova cari ilin 9-12 sentyabr tarixində Birləşmiş Ərəb Əmirliyində keçiriləcək 24-cü Abu-Dabi Dünya Enerji Konqresinə dəvət məktubu təqdim edilib.

Qeyd edək ki, “Rifah üçün enerji” devizi altında keçiriləcək tədbir çərçivəsində həmçinin 8-ci Asiya Nazirlər Toplantısı da nəzərdə tutulub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu