Beynəlxalq Avtovağzalda pulsuz araba xidməti yaradıldı




Bakı Beynəlxalq Avtovağzal Kompleksinin köməkçi sahəsində bir neçə müddət öncə fəaliyyətə başlayan Nəqliyyat Qovşağında sərnişinlər üçün yeni xidmət yaradılıb.

Kompleksin mətbuat xidmətindən AFN-ə verilən məlumata görə, sərnişinlər yüklərini bir yerdən başqa yerə onlar üçün nəzərdə tutulan arabalarla və pulsuz şəkildə daşıya bilər. Arabalar Nəqliyyat Qovşağında onlar üçün nəzərdə tutulan xüsusi yerlərdə yerləşdirilib. Sərnişinlərdən arabaları istifadə etdikdən sonra digər sərnişinlərin də xidmətdən istifadə edə bilməsi üçün təyin olunan yerdə saxlamaları xahiş olunur. Hazırda 20 araba mövcuddur, bir neçə günə sayı artırılacaq!



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu