Buraxılış imtahanı verən şagirdlərə xəbər var




2020-ci il martın 1-də 9-cu sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanında istifadə olunmuş "sual kitabçaları” Dövlət İmtahan Mərkəzinin (DİM) saytına yerləşdirilib.



İmtahanda istifadə olunmuş sual kitabçaları ilə tanış olmaq üçün http://dim.gov.az/news/5168/ linkinə daxil ola bilərsiniz.

Qeyd edək ki Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasında yerləşən ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanının birinci mərhələsinin nəticələri 2020-ci il aprelin 15-də elan edilib.

Hər bir imtahan iştirakçısı Mərkəzin saytında özünə aid olan səhifədə imtahan nəticələri, cavab vərəqinin qrafik təsviri, qapalı tipli tapşırıqların doğru cavabları, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə tanış olmaq imkanına sahibdir.

İmtahanda istifadə olunmuş qapalı tipli test tapşırıqlarının izahı da DİM-in saytında yerləşdiriləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu