Buraxılış imtahanlarının keçirilməsi nəzərdə tutulan məktəblərdə dezinfeksiya və təmizlik işləri aparılıb - FOTOLAR




Dövlət İmtahan Mərkəzi tərəfindən iyun ayının 11-də Tərtər rayonunun ümümtəhsil məktəblərinin 9-cu sinif şagirdləri üçün yekun qiymətləndirmə imtahanı keçiriləcəkdir.



Buraxılış imtahanlarının keçirləcəyi Tərtər şəhər 1, 6, Şıxarx 2 saylı tam orta məktəblərdə və şəhər 2 saylı məktəb-liseydə sanitar qovşaqlar təmir edilib, dezinfeksiya və təmizlik işləri aparılıb, şagirdlərin imtahana buraxılış zamanı toplaşacağı yerlərdə sosial izolyasiya qaydalarına əməl etməsi üçün 2 metrlik ara məsafəsi nişanları çəkilib.

İmtahanlarda iştirak edəcək şagirdlərin tənəffüs yollarını qoruyan tibbi maskalardan istifadəsi və qaydalara riayət etməsi mütləqdir.









































AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu