Böyük Britaniya Azərbaycanı təbrik etdi




Böyük Britaniya Azərbaycanı 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib.



AFN xəbər verir ki, təbrik mətni bu ölkənin Bakıdakı səfirliyinin rəsmi "Facebook" səhifəsində yayılıb.

"Silahlı Qüvvələr Gününüz Mübarək! Böyük Britaniya Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Silahlı Qüvvələrinə səmimi təbriklərini çatdırır. Ölkələrimiz arasında güclü ikitərəfli münasibətləri inkişaf etdirməyə, həmçinin NATO vasitəsilə və çoxmillətli əməliyyatlar üzrə əməkdaşlıq etməyə davam edirik. COVİD-19-un çətinliklərinə baxmayaraq, azərbaycanlı zabitlər güclü əlaqələri və qarşılıqlı anlaşmanı möhkəmləndirərək Böyük Britaniyada təlimlərinə davam edirlər", - təbrikdə qeyd olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu