Azərbaycanda əmək müqavilələrinin sayı 44 %-dən çox artıb


Bu il aprel ayının 1-nə qeyri-neft sektorunun qeyri-dövlət bölməsində bağlanmış əmək müqavilələrinin sayı 779 476 təşkil edib.


Bu barədə AFN.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin hesabatına istinadən xəbər verir. Bu əmək münasibətlərinin şəffaflaşdırılması istiqamətində islahatların başlandığı 2019-cu ilin əvvəli ilə müqayisədə 239 554 vahid və ya 44,4 % çoxdur.

"Məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə daxilolmalarda müşahidə olunan əhəmiyyətli artım əmək bazarında şəffaflaşma proseslərinin göstəricisidir və gəlir vergisi üzrə güzəştin tətbiqinin fiskal səmərəsinə dəlalət edir", - məlumatda deyilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu