Bu il peşə təhsili müəssisələrinə 25 420 yer ayrılıb


2023/2024-cü tədris ili üzrə tələbə qəbulu 66 peşə təhsili müəssisəsində 128 ixtisas olmaqla 25 420 yer üzrə aparılacaq.


"Report" xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor vəzifəsini müvəqqəti icra edən, direktor müavini Ceyhun Kərəmov deyib.

O qeyd edib ki, ayrılan plan yerlərində ötənilki rəqəmlərlə müqayisədə 10 faiz artım var: "25 420 qəbul planında 18 290 yer dövlət sifarişli, 7 130 yer isə ödənişli əsaslarla olacaq. 1 260 yer yüksək texniki peşə, 22 020 yer texniki peşə, 2 140 yer isə ilk peşə üzrədir".

Xatırladaq ki, peşə təhsili almaq istəyən şəxslər 28 iyul - 11 avqust tarixlərində “portal.edu.az” platformasında qeydiyyatdan keçməklə “Peşə təhsili müəssisələrinə elektron tələbə qəbulu” xidməti vasitəsilə müraciət göndərməlidirlər.

Qeydiyyatdan keçmiş müraciətçilərin elektron ərizələrindəki məlumatların doğruluğu yoxlanıldıqdan sonra iştirakçının ixtisaslar üzrə seçimi sistem tərəfindən təsdiqlənir. Qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında həyata keçirilir. Tələbə qəbulu prosesində iştirak edən hər bir şəxsə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu