Bakıda sığınacaqda kütləvi yoluxma: Sədr kömək istədi - VİDEO(YENİLƏNİB)


“Azərbaycan Uşaqları” İctimai Birliyinin sığınacağında qızılcaya yoluxan 18 uşaq 1 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına yerləşdirilib. Onlardan 8-i dekabrın 5-də sağalaraq xəstəxanadan buraxılıb. On uşağın müalicəsi isə hazırda 1 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında davam etdirilir.


Bu barədə TƏBİB-dən AZƏRTAC-ın sorğusuna cavab olaraq məlumat verilib.

Bildirilib ki, hazırda müalicə alan uşaqların vəziyyəti stabildir.

***
"Qızılca xəstəliyi ilə əlaqədar xəstəxanaya yerləşdirilmiş uşaqlarımızın sayı çoxdur. Əksəriyyəti də 5 yaşadək olan körpələrdir".


Ölkə.Az xəbər verir ki, bunu Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmalə Ağazadə deyib.

"Əməkdaşlarımızın 2 nəfəri hazırda xəstəxanadadır. Əlavə olaraq daha iki dayəyə ehtiyacımız var", - o bildirib.

Birliyin sədri dəstəyə ehtiyaclarının olduğunu söyləyib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu