Azərbaycanda yumurta bahalaşacaq? - AÇIQLAMA


"Bayram dövrlərində tələbat artdığı üçün yumurtanın qiymətində 1-2 qəpik artım müşahidə oluna bilər".


Bunu İqtisadiyyat.az-a açıqlamasında Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli deyib.

O, həmçinin Azərbaycandan Rusiyaya yumurta ixracından və bunun yerli bazarda qiymət məsələsinə mümkün təsirlərindən danışıb.

Rusiyaya yumurta ixracı ilə bağlı reyestrə alınmaq üçün son 5 ildə bir neçə dəfə müraciət edildiyini deyən M.Həsənli aparılan danışıqlardan sonra 6 müəssisənin reyestrdə qeydiyyata alındıqlarını söyləyib: "Bunlar “Giləzi Quşçuluq”, “Hacıqabul Quşçuluq”, “Muğan Quşçuluq”, “Ləzzət Quşçuluq”,”Pirsaat Quşçuluq” və “Yaşma Quşçuluq” müəssisələridir. Adlarını qeyd etdiyim müəssisələr qeydiyyata alındıqdan sonra artıq bu həftə Rusiyaya bir neçə maşın yumurta ixrac edildi".

M.HəsənliAzərbaycanın ərazaqlıq yumurtaya olan gündəlik təlabatının 3,2-3,6 milyon ədəd, daxili istehsalın isə 4,6-4,9 milyon ədəd civarında olduğunu xatırladıb. Yerdə qalan yumurtanı isə əsasən Yaxın Şərq ölkələrinə - Qətərə, Səudiyyə Ərəbistanına, İraqa və digər ölkələrə ixrac edildiyini qeyd edib.

M.Həsənlinin sözlərinə görə, Azərbaycanda yumurtanın qiymətində artım gözlənilmir: "Çünki tələbatımız olan yumurtanı artıqlaması ilə istehsal edirik. Daxili bazarda qiymət artımının qarşısını almaq üçün birinci növbədə ölkə tələbatı ödəniləcək, sonra xaricə ixrac ediləcək. Yumurtanın hazırkı qiyməti keçən ilin müvafiq dövrü ilə müqayisədə 1-2 qəpik ucuzdur. Bayram dövrlərində isə tələbat artdığı üçün yumurtanın qiymətində 1-2 qəpik artım müşahidə oluna bilər".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu