Nazir Tovuzda, nazirin birinci müavini Ağstafada vətəndaşlarla görüşəcək


Nazir Tovuzda, nazirin birinci müavini Ağstafada vətəndaşlarla görüşəcək


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə və nazirin birinci müavini Əli Abdullayevin növbəti vətəndaş qəbullarının vaxtı bəlli olub.



Nazir Ramin Quluzadə 23 avqust 2019-cu il tarixində saat 12:00-da Tovuz şəhərində Tovuz və Qazax sakinlərini, nazirin birinci müavini Əli Abdullayev isə həmin tarixdə saat 12:00-da Ağstafada rayon sakinlərini qəbul edəcək.

Nazirliyin rəhbərliyi nəqliyyat, telekommunikasiya (o cümlədən internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları dinləyəcək.

Vətəndaşlar “mincom@mincom.gov.az” elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, 012 598 38 18 nömrəli telefon vasitəsilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb, qəbula yazıla bilərlər.

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar zərurət yaranarsa, yaşadıqları ərazinin poçt şöbələri və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar.

Bunun üçün vətəndaşlardan Tovuz rayonunda 022 315 35 99, Qazax rayonunda 022 295 12 21, Ağstafa rayonunda 022 225 29 95 nömrəli telefona zəng etmələri xahiş olunur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu