Azərbaycanda 150 min ev təsərrüfatı fiber-optik xətlərlə təmin olunub


İndiyə qədər Azərbaycanda 150 min ev təsərrüfatı müasir yüksək sürətli internetə imkan verə bilən fiber-optik xətlərlə təmin olunub.


AFN xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat açıqlayıb.

Məlumata görə, 2024-cü ilin sonuna qədər evlərin hamısı müasir texnologiyalarla yüksək sürətli internetlə təmin ediləcək. Bunun üçün 1 400 km uzunluğunda fiber-optik xətlərin çəkilişi davam etdirilir.

Bundan başqa, ötən il işğaldan azad olunmuş ərazilərin 50%-də 4G mobil texnologiya şəbəkəsi qurulub, 35%-də teleradio yayımı bərpa edilib, 4 istiqamətdə poçt xidmətlərinin göstərilməsinə başlanılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu