"Samsung" smartfon bazarında "Apple"a uduzdu


"Samsung" smartfon bazarında "Apple"a uduzub.


AFN.az Koreyanın “Fnnews” nəşrinə istinadən xəbər verir ki, "Samsung" satış hədəfini əldən verdi. Belə ki, ekspertlər 2022-ci ildə “Samsung” və digər brendlərdən smartfon tədarükünü təhlil ediblər. Məlum olub ki, Koreya korporasiyası dekabrın sonuna kimi 30 milyon ədəd smartfon sata bilməyəcək. Halbuki şirkət 2021-ci ilin sonunda belə bir məqsəd qoymuşdu. Analitiklər brendin qatlana bilən qadcetlərinin populyarlığı fonunda planların pozulduğunu söyləyiblər.

Həmçinin, "Samsung" qlobal bazarda premium smartfon seqmentində yerini itirməkdə davam edir. Mütəxəssislərin fikrincə, İT nəhəngi "Apple" kimi daha bahalı cihazlar satmaq istəyir, lakin ən ucuz "Samsung Galaxy A12" telefonu ən populyar "Samsung" cihazı olub. Yerli bazarda şirkət qabaqcıl flaqman istehsalçısı kimi güclü mövqeyə malikdir, lakin Cənubi Koreyadan kənarda rəqiblərindən - əsasən "Apple"dan geri qalır.

Bundan əlavə, il ərzində "Samsung" smartfonların təqribi orta satış qiyməti (ASP) cəmi iki faiz artıb. Müqayisə üçün qeyd edək ki, "Apple"ın ASP-si yüksək səviyyəli cihazların güclü satışları hesabına yeddi faiz artıb.

Bundan əvvəl məlum olmuşdu ki, “Samsung” “Apple” ilə rəqabət aparmaq üçün smartfon istehsalına qənaət etməmək qərarına gəlib. İnsayderlərin sözlərinə görə, firmanın yüksək vəzifəli rəhbərləri öz işçilərini xərclərin azaldılmasına diqqət etmədən telefonları daha rəqabətli etmək yolları üzərində düşünməyə çağırıblar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu