"Apple" aparıcı smartfon istehsalçısı statusunu itirib


"Samsung" dünyanın aparıcı smartfon istehsalçısı statusunu bərpa edib.



Bu barədə Koreyanın “Korea Times” nəşri məlumat yayıb.

KİV-in məlumatına görə, fevralda "Samsung"un dünya bazarındakı payı 20 faiz təşkil edib. Beləliklə, keçmiş lider “Apple” 18 faizlik payla ikinci pilləyə yüksələrək birinci yeri itirib.

Göstərilən müddət ərzində Koreyanın İT nəhəngi 19,69 milyon ədəd smartfon satıb. Onun ən yaxın rəqibi 17,41 milyon cihaz sata bilib. Mütəxəssislərin fikrincə payız və qış aylarında brendlərin liderliyi mövsümi xarakter daşıyır.

"Apple" sentyabrda "iPhone 15"in təqdimatı sayəsində birinci yerə çıxıb, "Samsung" isə "Galaxy S24" smartfonlarının buraxılmasından sonra fevralda lider olub.

Müəlliflər həmçinin qeyd ediblər ki, ilin ayrı-ayrı rüblərinə nəzər salanda "Samsung"un bazar liderliyini əldə etmək ehtimalı daha yüksək olub. Bu, korporasiyanın "Apple"dan fərqli olaraq daha tez-tez fərqli smartfonlar istehsal etməsi ilə bağlıdır.

Yanvarda IDC analitikləri bildiriblər ki, "Apple" qlobal smartfon bazarında 20,1 faiz payla liderdir. Keçmiş lider "Samsung" 19,4 faiz pay sahibi olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu