GoTo texnologiya şirkəti daha 600 işçisini ixtisar edəcək


İndoneziyanın ən böyük texnoloji şirkəti PT Goto Gojek Tokopedia (GOTO.JK) biznesi rasionallaşdırmaq və şirkətin gəlirliliyini artırmaq məqsədi ilə növbəti ixtisar mərhələsinin anonsunu verib.


Şirkətin verdiyi açıqlamaya görə keçən ilin sonunda ixtisar edilən 1300 iş yerinin ardınca təxminən 600 işçinin də ixtisar edilməsi planlaşdırılır.

Şirkət daha əvvəl demişdi ki, ixtisarların məqsədi şirkəti daha “çevik” etmək və çətin qlobal iqtisadi şərtlər fonunda artımı saxlamaqdır.

Keçən ay verilən açıqlamada bildirilirdi ki, xərclərin idarə edilməsi tədbirlərinin optimallaşdırılması sayəsində düzəliş edilmiş EBITDA-nın 2023-cü ilin son rübündə müsbətə çevrilməsi gözlənilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu