Bu şirkət 19 min işçisini ixtisar edəcək


İrlandiyada fəaliyyət göstərən “Accenture” texnologiya konsaltinq şirkəti kütləvi ixtisarlar planlaşdırır.


AFN.az xəbər verir ki, şirkətin ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) verdiyi açıqlamada yaxın 18 ayda 19 min iş yerinin ixtisar ediləcəyi bildirilib. Açıqlamada həmçinin bu rəqəmin şirkətin hazırkı işçi qüvvəsinin 2,5 faizinə uyğun olduğu və ixtisarların yarıdan çoxunun inzibati işlərdə çalışan işçilərə təsir edəcəyi qeyd edilib.

Artan inflyasiya və mümkün tənəzzül narahatlıqlara səbəb olsa da, xüsusilə ABŞ-da bir çox texnologiya şirkəti keçən ildən etibarən on minlərlə insanı işdən çıxarmaq və ya yeni işə qəbulu dayandırmaq qərarına gəlib. Bunlar arasında "Meta", "Amazon", "Microsoft" və Google-un ana şirkəti "Alphabet" kimi texnoloji sektorun aparıcı şirkətlərinin olması diqqət çəkir.

Facebook, Instagram və WhatsApp-ın sahibi "Meta" daha 10 min işçisini ixtisar etməyi planlaşdırdığını, ABŞ-ın e-ticarət nəhəngi "Amazon" isə yaxın həftələrdə daha 9 min işçisini işdən çıxaracağını açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu