"TEKNOFEST-2023"ün qalibi olan BDU komandaları böyük coşqu ilə qarşılanıb


27 aprel – 1 may tarixlərində Türkiyədə keçirilən "TEKNOFEST-2023" Aerokosmik və Texnologiya Festivalında Bakı Dövlət Universitetini (BDU) uğurla təmsil edərək qələbə qazanan komandalarımız vətənə qayıdıblar.


Heydər Əliyev adına Beynəlxalq Hava Limanında BDU-nun qalib TEKNOFEST komandalarını BDU-nun tələbə və əməkdaşları böyük təntənə və sevinclə qarşılayıblar.

Qeyd edək ki, BDU festivalda 4 komandanın 6 layihəsi ilə təmsil olunub. BDU-nun "BSU Creativity Workz" komandasının "Driver's Eye (avtomobil qəzalarını əvvəlcədən müəyyənləşdirərək sürücünü xəbərdar edən elektron sistem)" layihəsi festivalda I yerə, "Humantek" komandasının "Ağıllı damla sulama sistemi (torpağın mineral tərkibi, rütubət səviyyəsi, havanın temperaturu və təzyiqi kimi məlumatların toplanaraq mərkəzi stansiyaya naqilsiz ötürülməsi üçün əkin sahələrinin müxtəlif yerlərində günəş enerjisi ilə qidalanan kiçik stansiyalar)" layihəsi isə III yerə layiq görülüb.












AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu