Whatsapp-dan daha bir yenilik - Artıq mesajları...


WhatsApp-a nə zaman gələcəyi maraq doğuran 'mesajın redaktəsi' xüsusiyyəti ilə bağlı flaş yenilik baş verib.


AFN.az xəbər verir ki, “WhatsApp” istifadəçiləri uzun müddətdir ki, tətbiqdə göndərilən mesajların redaktə edilməsinə imkan yaradacaq dəyişikliyi tələb edirlər. Meta tətbiqi bu funksiyanı bir müddət əvvəl beta-da sınaqdan keçirməyə başlayıb.

Android üçün yayımlanan Google-un yeni beta versiyasında, 2.23.10.13-də bu xüsusiyyətlə bağlı yenilik baş verib.



İlk dəfə 2.23.10.10 versiyasında peyda olan bu funksiya üzərində iş sürətləndi və istifadəçilərə bu funksiyanı yeni çıxan 2.23.10.13 beta versiyasında sınaqdan keçirmək imkanı təklif olundu.

“WhatsApp Web”in beta versiyasında əvvəllər sınaq üçün mövcud olan funksiya ilə həm çatlarda, həm də qruplarda mesajları redaktə etmək mümkün olacaq.

Android üçün ekran görüntüsündə "Mesaj seçimlərini redaktə et" düyməsi göstərilir. Mesajın neçə dəfə redaktə edilə biləcəyi ilə bağlı heç bir məhdudiyyət yoxdur. Lakin bu funksiyadan mesaj göndərildiyi andan 15 dəqiqə ərzində istifadə oluna bilər. 16-cı dəqiqədə artıq mesajı redaktə etmək imkanı yoxdur.



Mesaj redaktə edildikdə, hər kəs "Edited" yazan şar sayəsində mesajın dəyişdirildiyini görəcək.

Bəs niyə WhatsApp bu funksiyanı 15 dəqiqə ilə məhdudlaşdırdı? Hər kəs bununla maraqlanırdı. WABetaInfo-ya görə, WhatsApp bu funksiyanı yalnız yazı xətalarını düzəltmək üçün hazırlayıb. Buna görə də, 1 gün və ya daha çox müddətə redaktə etmək imkanı təklif etməyəcək. Digər tərəfdən, bu tənzimləmə yalnız mətn mesajları ilə məhdudlaşır. Digər mesaj növləri hələ dəstəklənmir.

Qeyd edək ki, WhatsApp hələ də bu funksiyanı sınaqdan keçirir və gələcəkdə bəzi şeyləri dəyişə bilər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu