Avstraliyada çimərlikdə tapılan obyektin kosmik raketin bir hissəsi ola biləcəyi açıqlanıb


Avstraliya rəsmiləri ölkənin qərbində çimərlikdə aşkar edilən obyektin kosmik raketin bir hissəsi ola biləcəyini bildiriblər.


Avstraliya Kosmik Agentliyi Qərbi Avstraliya ştatının Qrin Hed qəsəbəsi yaxınlığındakı çimərlikdə aşkar edilən naməlum obyektlə bağlı açıqlama verib.

Açıqlamada agentliyin sahilə çıxan metal obyektin nə olduğunu müəyyən etmək üçün digər kosmik agentliklərlə işlədiyi bildirilib.

Avropa Kosmik Agentliyinin mühəndisi Andrea Boyd qeyd edib ki, Hind okeanına düşən obyektin peykin buraxılması üçün istifadə edilən Hindistan raket modelinin bir hissəsi olduğuna demək olar ki, əmindirlər.

Obyektin peyk atışı zamanı düşmüş bir raket parçası olduğuna inandıqlarını ifadə edən Boyd, Birləşmiş Millətlər Təşkilatının Kosmos İşləri İdarəsinin müvafiq razılaşmasına işarə edərək, cismi kosmosa göndərən ölkənin məhv edilməsindən məsul olacağını bildirib.

İyulun 17-də Avstraliyanın Pert şəhərindən 250 kilometr şimalda, Green Head yaxınlığındakı Jurien körfəzinə naməlum obyekt düşüb.

Yanğınsöndürmə briqadası və Təcili Tibbi Yardım Kimya Mərkəzinin analizindən sonra obyektin zərərsiz olduğu məlum olub.

Polis obyektdə işlərin davam etdiyini bildirib və əhalini ərazidən uzaq durmağa çağırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu