İlon Mask Soros Fondunu məhkəməyə verir


Amerikalı milyarder İlon Mask Açıq Cəmiyyət Fondunun maliyyəçisi Corc Sorosu məhkəməyə vermək istəyir.


Bu barədə o, X (keçmiş Twitter) sosial şəbəkəsindəki səhifəsində yazıb.

Mask bunu jurnalist Ben Skullanın məqaləsinin dərcini şərh edərkən bildirib. O, öz növbəsində iddia edir ki, Soros Fondu tərəfindən maliyyələşdirilən təşkilatlar İrlandiya və Şotlandiyada senzura siyasətini təbliğ edirlər.

Mask bildirib ki, Soros Fondunu məhkəməyə verməklə söz azadlığının boğulmasını dayandırmaq niyyətindədir. "X bunu dayandırmaq üçün məhkəməyə müraciət edəcək" - deyə Mask bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu