Şimali Koreya yeni ballistik raket buraxıb


Şimali Koreya növbəti dəfə ballistik raket buraxıb.


TASS xəbər verir ki, bu barədə Yaponiyanın Sahil Mühafizəsi məlumat yayıb.

Agentlik bölgədəki gəmilərin ekipajlarını mərmi aşkarlanacağı təqdirdə qalıqlarına yaxınlaşmamağa çağırıb. Sursatın uçuş məsafəsi və hündürlüyü hazırda dəqiqləşdirilir. Raketin hansı sürətlə uçduğu da məlum deyil.

Xatırladaq ki, avqustun 24-də Şimali Koreya ilk kəşfiyyat peyki ilə birlikdə ballistik raket buraxmışdı. Bundan sonra Yaponiya hakimiyyəti Okinava prefekturasında hava xəbərdarlığı elan edərək, sakinlərə binalara və yeraltı obyektlərə sığınmağı tövsiyə edib. Yaponiya Müdafiə Nazirliyinin məlumatına görə, raket buraxılışdan 15 dəqiqə sonra ölkənin hava məkanını keçərək Sakit okeana doğru istiqamət alıb. Şimali Koreya sursatının hissələri Sarı və Şərqi Çin dənizlərinə düşüb.

Daha sonra Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) kəşfiyyat peykini buraxmaq üçün uğursuz cəhd barədə məlumat verib. Raket daşıyıcısının uçuşunun üçüncü mərhələsində problemlər yaranıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu