ABŞ Çin və Rusiyadan olan hakerlərin seçki ilə bağlı sistemlərə müdaxilə etdiyini açıqlayıb


İran, Çin və Rusiyadan olan hakerlər 2022-ci ildə ABŞ-da keçiriləcək seçkilərlə bağlı bəzi sistemlərə qoşula bilib, lakin bu, səsvermənin nəticələrinə təsir etməyib.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda ABŞ Ədliyyə Nazirliyi və Daxili Təhlükəsizlik Departamentinin (DHS) bazar ertəsi dərc etdiyi birgə hesabatda bildirilib.

Amerikalı ekspertlər 2022-ci il federal seçkiləri zamanı Rusiya, İran və Çin hakimiyyət orqanları ilə əlaqəli qurumların seçki kampaniyası infrastrukturu ilə əlaqəsi olan çoxsaylı insidentləri müəyyən ediblər. Hesabat müəlliflərinə görə, Çindən olan hakerlər Amerika ştatlarında siyasi partiyaların domenlərinin geniş skanını həyata keçiriblər.

“Bəzi kiber fəaliyyətlər seçki kampaniyası infrastrukturunun bəzilərinə girişi təmin etsə də, bu yolla əldə edilmiş hər hansı məlumatın təsir əməliyyatlarında dərc edildiyinə, hər hansı başqa şəkildə istifadə edildiyinə, dəyişdirilməsinə və ya məhv edilməsinə dair heç bir sübutumuz yoxdur”, - deyə sənəddə deyilir.

Hesabata görə, Rusiyayönlü haker fəalları Amerika ştatlarından birində keçirilən seçkilərlə bağlı rəsmi internet saytına girişi müvəqqəti məhdudlaşdıran DDoS hücumları həyata keçirdiklərini bildiriblər. ABŞ Ədliyyə Departamentinin və Xarici İşlər Nazirliyinin nümayəndələrinin etiraf etdiyi kimi, onların qeyd edilmiş hər hansı hərəkətin səsverməyə mane olduğuna, bülletenləri dəyişdirdiyinə, səslərin sayılmasını və ya nəticələrin vaxtında dərc olunmasını çətinləşdirdiyinə dair heç bir sübut yoxdur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu