“Nar” və “NETTY” ölkənin ən yaxşı internet təşəbbüslərini mükafatlandırdı


Azərbaycanda öncül internet təşəbbüsləri dəstəkləmək məqsədilə, “Nar” və “NETTY” ilin ən yaxşı internet layihələrini mükafatlandırdı.


Ekspertlər Şurasının seçimi və internet istifadəçilərinin səsverməsi ilə 20 layihə qalib seçildi.

Budəfəki müsabiqədə layihələr “Dövlət və elektron hökumət”, “Sosial məsuliyyət və cəmiyyət”, “Biznes və sahibkarlıq” və digər nominasiyalar üzrə qalib oldu. Qaliblər haqqında ətraflı məlumatı netty.az/az/winners səhifəsindən əldə etmək olar.

Qeyd edək ki, “Nar” yüksək keyfiyyətli rabitə xidməti təqdim etməklə yanaşı, həm də yerli İKT bazarının inkişafı istiqamətində ardıcıl layihələr həyata keçirir. 2004-cü ildən təsis edilmiş Netty İnternet Mükafatı da 2018-ci ildən bəri “Nar”la əməkdaşlıq edir və hər il qlobal şəbəkənin Azərbaycan seqmentində yaradılan layihələrin ən yaxşılarını mükafatlandırır.










AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu